"Qayalı"marketlər şəbəkəsində qurdlamış konfet - FOTOLAR

img

27-07-2015 [23:33]


Son vaxtlar Sumqayıtda fəaliyyət göstərən marketlərin alıcıları aldatdığı ilə bağlı məlumatlar yayılmaqdadır. Bunu biz deyil, saytımıza ünvanlanan şikayət məktubları söyləyir. Budəfəki şikayətlər "Qayalı"marketlər şəbəkəsi barədədir.
Belə ki, Xeberle.com-un elektron ünvanına göndərilən şikayət məktubunda deyilir ki, Sumqayıtın 11-ci mikrorayonunda fəaliyyət göstərən "Qayalı" marketdə alıcıları aldadırlar. Şəhər sakinlərindən birinin bildirdiyinə görə, "Qayalı" marketdən alış-veriş etdiyi üçün bonus kartı əldə edib. Elə hər şey də bundan sonra başlayıb:"Qayalı marketdən alış-veriş etdiyim üşün kart almışam və bonus xallar toplamışam. Düz iki aydır gedirəm hədiyyəni almağa amma ala bilmirəm. Gah deyirlər ayın əvvəli gəl, gah deyirlər ki, ayın axırı gəlin götürün. Ancaq hədiyyə verilmir. Bu gün də soruşdum hədiyyələr gəlib, dedilər, ancaq vermədilər. Səbəbini soruşduqda isə ayın əvvəli gəlib götürərsən dedilər. Yəni belə yollarla hər kəsi aldadırlar, guya bunlar kampaniya həyata keçirir."

Qeyd edək ki, "Qayalı" marketlər şəbəskəsindən bu, ilk belə şikayət deyil. Digər şikayət isə marketdə keyfiyyətsiz şokoladların satılması ilə bağlıdır. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:"10 gün öncə 13-cü mikrorayon ərazisində yerləşən ''Qayalı'' marketdən kilosu təxminən 7 manata satılan Rusiya konfeti - ''Babaevskiy'' almışdım. Lakin evə gətirib ailə üzvlərimizlə 2-3 dənəsini yedikdən sonra qurdladığını gördük. Sevindik ki, nə yaxşı, uşaqlara vermədik. Dərhal gileylənərək geri qaytardıq. Onlar isə nöqsanlarını etiraf edərək üzr istəməkdən məsuliyyəti bu konfetləri gətirən firmanın üstünə atdılar.
Sual olunur, nə üçün firmadan aldıqları mallara baxış keçirmirlər? Niyə malları düzgün şəraitdə saxlamırlar? Nə üçün konfetlərin satıldığı bölməyə nəzarət olunmur və mütəmadi konfetlərin xarab olub olmadığı yoxlanılmır? Xahiş edirik əlaqədar qurumlar bir tədbir görsünlər."

Xatırladaq ki, bu yaxınlarda isə Sumqayıtda yeni açılmış "HM Hipermarket” şəbəkəsinin 10-cu mikrorayon və Nərimanov filiallarında müştərilərin bonus kartları ilə topladığı ballar əsasında hədiyyələrin verilməməsi kimi iddialar səslənmişdi.
Xeberle.com olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Yalançı hədiyyə kampaniyası və qurdlamış konfetlər - Sumqayıtdakı ''Qayalı'' marketdən ŞİKAYƏTLƏRYalançı hədiyyə kampaniyası və qurdlamış konfetlər - Sumqayıtdakı ''Qayalı'' marketdən ŞİKAYƏTLƏRYalançı hədiyyə kampaniyası və qurdlamış konfetlər - Sumqayıtdakı ''Qayalı'' marketdən ŞİKAYƏTLƏR


Digər xəbərlər
SON XƏBƏRLƏR