RMDM-də növbəti beyin-damar əməliyyatı uğurla nəticələnib

Başgicəllənmə, göz qaralması, sol qolunda keyləşmə və sol qol təzyiqinin çox zəif olması səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən xəstənin müayinəsi zamanı sol qol və beyinciyi qidalandıran arteriyada 90% darlıq aşkarlanıb.

Eləcə də beyincik arteriyasının tərs axın ilə beyindən qanı oğurlayaraq (oğurlama sindromu) qolun qidalanmasına yardımçı olduğu müşahidə edilib. Bu səbəbdən beyin qan dövranının pozulması ilə artan şikayətlər meydana çıxıb.

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, Prof. Ahmet MEMİŞ tərəfindən bud arteriyasından 2 mm-lik dəliklə icra edilən endovaskulyar əməliyyat zamanı daralmış arteriyaya stent+angioplastika ilə 100% damar açıqlığı təmin edilib, qola və beyinciyə gedən qan axını bərpa olunub.

Xəstənin şikayətləri tam aradan qaldırılıb və hər iki qol təzyiqi bərabərləşdikdən sonra pasiyent əməliyyatın səhəri günü sağlam şəkildə evə yola salınıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



Xəbərlər  Tarix:   19 Mart 2019 / 21:58


« Əvvəlki xəbər (6150 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR