Gənc aktyorun maşını alışaraq yandı.

Bakı şəhər Nizami rayon Koroğlu metro stansiyasının arxa tərəfində 14.03.2019-cu ildə saat 20:30radələrində gənc aktyor Davud Hüseynova aid 99.SG.136 Dövlət nişanlı azsamand markalı avtomobil dayandığı yerdə yanaraq yararsız hala düşmüşdür.Zərər çəkən Davut Hüseynovla hadisə ilə bağlı gorüşdük.Məsələnin nədən necə yarandığını aydınlaşdırdıq zərər çəkən Davut Hüseynov bildirdiki maşının elektrikində yaranan problemdən ötrü onu təmirə vermiş təmirdən çıxdıqdan iki saat sonra maşın alışaraq yanmışdır.Davut Hüseynov maşında heç bir problem olmadığını təmirə verildikdən sonra yandığını bildirib.Elektrik isə bu problemin ondan qaynaqlanmadığını deyir.Maşının yanmasından sonra elektiriklə zərər çəkən görüşür.Görüşdüyü zaman aralarında söhbət olur söhbət zamanı usta özü etiraf edirki əslində heç elektrik deyil pult ustasidir.Elektrik olmaya-olmaya maşının bütün elektrik xəttini dəyişib.Bununla belə usta zərər çəkən Davut Hüseynova şər ataraq guya qabaqcadan ona bildirmişdir ki maşında çox problem var bundan ötrü onu öz şexsi servisinə götürsün,amma zərər çəkən gənc aktyor onunla arasında heç bir söhbət olmadığını nömrəsini belə yanğından sonra zorla götürdüyünü deyir.Bir təmirçinin məsuliyyətsizliyindən bir ailə çörəksiz qaldı.Gənc aktyor evdə tək özünün işlədiyini altı baş ailəyə tək baxdığını bildirir.Zərər çəkən aktyor həmin maşınla axşam taksi işlədiyini vurğuladı.gənc aktyor 102 xidmətinə zəng vuraraq şikayət etmiş işə baxılması üçün Bakı şəhər Nizami rayon 25-ci bölməyə verilmişdir.Biz uğur media olaraq bütün adiyyəti qurumlardan yazıb xahiş edirik ki gənc aktyor Davut Hüseynova dəymiş bütün zərər ödənsin.
Redaktor:Gülnur Azərqızı



Hüquqi yardım  Tarix:   9 Apr 2019 / 19:54


« Əvvəlki xəbər (6114 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR