BİTKİÇİLİK ÜZRƏ EKSPERT QRUPUNUN İCLASI KEÇİRİLİB

Aqrar Elm və İnnovasiya Mərkəzinin Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda bitkiçilik üzrə ekspert qrupunun növbəti iclası keçirilib.
İclasda bitkiçilik üzrə təxirəsalınmaz və uzunmüddətli risklərin idarə olunması strategiyası geniş müzakirə olunub.
Tədbirdə elmi-tədqiqat institutunun əməkdaşları, tanınmış alimlər, istehsal müəssisəsi nümayəndələri və fermerlər iştirak edib.
Ekspert qrupunun rəhbəri Mehman İsmayılov bildirib ki, müzakirənin nəticələri Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Müzakirənin sonunda bitkiçilik və meyvəçilik sahəsində mümkün risklər təhlil olunaraq rüblük və illik qabaqlayıcı məlumat bazalarının hazırlanması qərara alınıb.
Bitkiçilik üzrə ekspert qrupunun növbəti iclası digər bölgələrdə də davam etdiriləcək.



Xəbərlər  Tarix:   23 Apr 2019 / 20:03


« Əvvəlki xəbər (5896 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR