“Ağ bığlılar” növbəti dəfə səhnəyə çıxıb
Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən yeni tamaşa növbəti dəfə nümayiş edilib.
Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunan səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan danışılır.
Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.
Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa ediblər.

Xəbərlər Tarix: 23 Apr 2019 / 20:32
« Əvvəlki xəbər (5890 / 7293) Növbəti xəbər »