Dini radikalizmlə mübarizə: necə və nə etməli

Aprelin 23-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Zaqatala rayonu Muxax kəndində “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Zaqatala RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim Şabanov və Zəyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurban Muradov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayon qazısı Malik Bilalov, kənd dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov mövzunun aktuallığından danışaraq bildirib ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında qeyd edib ki, günümüzdə Yaxın Şərqdə gedən proseslərin meydana çıxmasına səbəb dini radikalizm və dini ekstremizmdir. Bildirib ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür. C.Əlifzadə, həmçinin din və elmin bir-birləri ilə vəhdət təşkil etməsindən elmin, təhsilin dini radikalizmə qarşı mübarizədə önəmindən danışıb.
Daha sonra Zaqatala RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim Şabanov və QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov dini radikalizm və ona qarşı mübarizədə elm və təhsilin əhəmiyyətindən bəhs edib, dini radikalizmə qarşı mübarizədə dindarların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.
Çıxışlardan sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Xəbərlər  Tarix:   23 Apr 2019 / 22:35


« Əvvəlki xəbər (5872 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR