Formula-1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti (ilkin məlumat).

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Aprelin 26-da
Havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.
Aprelin 27-də
Hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.
Aprelin 28-də
Yağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun səhər 12-14, gündüz 19-23, axşam 16 dərəcə isti olacağı gözlənilir.



Xəbərlər  Tarix:   24 Apr 2019 / 17:20


« Əvvəlki xəbər (5864 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR