“Şahin” hərbi idman oyununun respublika final mərhələsinə hazırlıq prosesi uğurla davam edir

24 aprel 2019-cu il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon 8 saylı tam orta məktəbdə 2018-2019-cu tədris ilində orta məktəblərin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi idman oyununun zona birinciliyinin qalibi olmuş “Canavarlar” komandası ilə görüş keçirilib.
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, “Şahin” hərbi idman oyunları böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə keçirilir. Daha sonra komandanın “Şahin” hərbi idman oyununun respublika final mərhələsinə hazırlıq prosesi ilə tanış oldu, komanda heyətinə uğurlar arzuladı.
Komanda heyəti Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildilər.



Xəbərlər  Tarix:   24 Apr 2019 / 17:46


« Əvvəlki xəbər (5860 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR