Astaralı atlet Azərbaycan çempionu oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019- cu ildə idman növləri üzrə keçiriləcək Təqvim Planına uyğun olaraq 20-21 aprel 2019- cu il tarixlərdə Göygöldə keçirilən Azərbaycan Çempionatında Astara rayon komandası iştirak etmişdir.
Komandanın üzvü, Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Əliyev Rəşad 10 km kross qaçışında bütün rəqiblərini üstələyərək finişi I yerlə başa vurmuş və çempionatın qızıl medalna layiq görülmüşdür.
Komandanın digər üzvü, Astara şəhər 3 saylı tam ortya məktəbin şagirdi Rzayeva Aysun qadınlar arasında 2 km məsafəyə kross qaçışında finişi III yerlə başa vurmuş və çempionatının bürünc medalını qazanmışdır.
Qeyd edək ki, Rəşad Əliyev ötən illərdə də dəfələrlə respublika çempionatının qalibi olmuş, fəxri yerləri qazanaraq, beynəlxalq marafon yürüşlərinin iştirakçısı və mükafatçısı olmuşdur.



Xəbərlər  Tarix:   24 Apr 2019 / 17:49


« Əvvəlki xəbər (5859 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR