Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq

Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019 16:49
Prezident cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər davam etdirilir.
Nazirlikdəki işçi qrupu tərəfindən mütərəqqi dünya təcrübəsi də nəzərə alınmaqla hazırlanmaqda olan yeni idarəetmə modelində prioritetlərdən biri-övladlığa götürülən uşaqların maraq və mənafelərinin, gələcək layiqli həyat şəraitinin təminatıdır.
Bu əsasda uşaqları övladlığa götürmək istəyən valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də yeni modeldə əksini tapacaq. Eyni zamanda, uşaqların övladlığagötürmə prosesində razılıq və fikirlərinin nəzərə alınması, valideyn-namizədlə onun övladlığa götürmək istədiyi uşaqla yaş fərqinə dair daha təkmil yanaşmanın tətbiqi, uşağın valideyn-namizədin evində sınaq müddətinə yerləşdirilməsi və s. nəzərdə tutulur.



Xəbərlər  Tarix:   25 Apr 2019 / 00:10


« Əvvəlki xəbər (5844 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR