Tələbələr Hidrometeoroloji Stansiyada olublar

1 may 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakultəsinin tələbələri Milli Hidrometeorologiya Departamentinin Abşeron və Dəniz Hidrometeorologiya Mərkəzinin Bakı (Xırdalan) Hidrometeoroloji Stansiyasında olublar. Onlara Azərbaycanda Hidrometeorologiya Xidmətinin əhəmiyyəti, inkişaf tarixi və istiqamətləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda hidrometeoroloji məlumatların mülki və hərbi aviasiyada, kənd təsərrüfatında, su, energetika sistemində və iqtisadiyyatın digər sahələrində əhəmiyyətindən danışılıb.
Daha sonra tələbələr stansiya ilə yaxından tanış olublar, birgə müşahidələr aparılıb. Tələbələri maraqlandıran çoxsaylı suallar stansiyanın mütəxəssisləri tərəfindən cavablandırılıb.



Xəbərlər  Tarix:   1 May 2019 / 21:42


« Əvvəlki xəbər (5833 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR