Astaralı idmançı sərbəst güləş üzrə Respublika birinciliyində gümüş medal qazandı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019- cu il üçün idman Təqvim Planına uyğun olaraq 26-30 aprel 2019-cu il tarixlərdə Balakən rayonunda Yeniyetmələrin XII Respublika Oyunları proqramına daxil olan sərbəst və yunan-Roma güləşi üzrə 2004-2005-ci il təvəllüdlü idmançılar arasında respublika final mərhələsi keçirilmişdir. Yarışda 48 kq çəki dərəcəsində Ağayev Musa Məhərrəm oğlu Astaranı təmsil etmiş və II yeri qazanmışdır. İdmançımız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə təltif olunmuşdur.
Qeyd edək ki, idmançımız sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibinə daxil olaraq Avropa çempionatında iştirak etmək hüququ qazanmışdır.
Daha öncə 03-06 aprel 2019-cu il tarixlərdə Cəlilabad rayonunda keçirilən Yeniyetmələrin XII Respublika Oyunları proqramına daxil olan sərbəst və yunan-Roma güləşi üzrə 2004-2005-ci il təvəllüdlü idmançılar arasında respublika zona birinciliyində bütün rəqiblərinə qalib gələrək I yeri qazanmış və respublika final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
İdmançını yarışa Azərbaycan Respublikasının əməkdar məsqçi, Astara Uşaq İdman-Şahmat Məktəbinin məşqçisi Ağayev Məhərrəm hazırlamışdır.
30 aprel 2019- cu il tarixdə Astara Rayon Gənclər və İdman İdarəsində idmançı və onun məşqçisi ilə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyevin görüşü keçirilmişdir. Görüşdə Ərçə Əliyev idmançımızı qazandığı uğura görə təbrik etmiş və onlara yeni-yeni uğurlar arzulamışdır.



Xəbərlər  Tarix:   1 May 2019 / 22:28


« Əvvəlki xəbər (5828 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR