Heydər Əliyev Müasir Azərbyacan Dövlətinin Qurucusudur” adlı inşa yazı müsabiqəsi keçirilmişdir

Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının inzibati binasında rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev Müasir Azərbyacan Dövlətinin Qurucusudur” adlı inşa yazı müsabiqəsi keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının təlimatçısı Əsmət Teymurova, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov və aparıcı məsləhətçisi (gənclər sahəsi üzrə) Mamed Rzayev iştirak etmişlər.
Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov və Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının təlimatçısı Əsmət Teymurova müsabiqənin keçirilməsinin vacibliyini vurğulamışlar. Onlar, Ümummilli lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirləri xüsusi olaraq qeyd etmiş və bildirmişlər ki, məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İştirakçılar müsabiqənin əsasnaməsi ilə tanış olduqdan sonra məktəblilərə inşa yazı müsabiqəsi üçün hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlər paylanılmışdır. Müsabiqəyə saat 10:00-da start verilmişdir. Müsabiqə 1 saat 30 dəqiqə davam etmişdir.
Müsabiqənin nəticələrinə görə 265 № li tam orta məktəbin şagirdi Məmmədova Rəhimə Zaur qızı I yeri, 254 № li tam orta məktəbin şagirdi Xəlilova Solmaz Nazim qızı və Heydər Əliyev adına Liseyin şagirdi Tağıyeva Nailə Zaur qızı II yeri, Humanitar Fənnlər Təmayüllü məktəb-liseyin şagirdi Mansurova Ləman Tahir qızı və 98 № li tam orta məktəbin şagirdi Əliyeva Fidan Rüfət qızı III yeri tutmuşdur.



Xəbərlər  Tarix:   1 May 2019 / 22:44


« Əvvəlki xəbər (5826 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR