DÖVLƏT TOXUM FONDU İLƏ AZƏRAQRAR DÖVLƏT İSTEHSALAT VƏ EMAL BİRLİYİ ARASINDA BİRGƏ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB

Respublikada toxumçuluq sahəsinin inkişaf etdirilməsi məqsədilə Dövlət Toxum Fondu (DTF) ilə Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi (ADİEB) arasında 18 mart tarixində birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən Fond tərəfindən Rusiya Federasiyasından idxal olunmuş “Udaça” sortlu birinci reproduksiyalı kartof toxumunun 30 aprel tarixində Gədəbəy rayonunda yerləşən və ADİEB-yə məxsus 6 hektar ərazidə əkini həyata keçirilib.
Əkin zamanı DTF-nin mütəxəssisləri iştirak edərək yüksək məhsuldarlıq əldə etmək üçün tələb olunan bütün standartlara riayət olunmasına nəzarət ediblər.
Dövlət Toxum Fondu ilə Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi arasında əməkdaşlıqda məqsəd idxal olunmuş birinci reproduksiyalı yüksək məhsuldar kartof toxumunun ikinci reproduskiyasını əldə edərək, ölkə fermerlərini sərfəli qiymətə həmin toxumlarla təmin etməkdir.
DÖVLƏT TOXUM FONDU İLƏ AZƏRAQRAR DÖVLƏT İSTEHSALAT VƏ EMAL BİRLİYİ ARASINDA BİRGƏ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB



Xəbərlər  Tarix:   1 May 2019 / 23:01


« Əvvəlki xəbər (5822 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR