Florensiya Beynəlxalq Əl İşləri Sərgisi davam edir

İtaliyanın Florensiya şəhərində keçirilən 83-cü Beynəlxalq Əl İşləri Sərgisində Azərbaycanın nümayəndə heyəti təmsil olunur. Festivalda "Azərbaycan Xalq Yaradıcılığının 2018-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı"na müvafiq olaraq ölkəmizin mədəni sənaye məhsullarının stendi təşkil edilmişdir.
Azərbaycan stendinin ziyarətçiləri ölkəmiz haqqında xoş təəsüratları olduqlarını, Azərbaycanda olmaq istədiklərini bildirdilər. Xüsusilə Respublikamızın ecazkar təbiəti, teatr-tamaşa və konsert zalları, qeyri-maddi mədəni irsimiz, folklorumuzla tanış olmaq istəyən qonaqlara Azərbaycanın qoşulduğu mədəni marşrutlar barədə məlumatlar verildi.
Qeyd edirik ki, ölkəmizin xalq tətbiqi-dekorativ və təsviri sənət məhsulları, həmçinin milli-mədəni irsimiz barədə təbliğat materiallarından təşkil olunmuş Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Festival çərçivəsində digər iştirakçı ölkələrin təmsilçiləri ilə mədəni sənayenin inkişafı, xalq tətbiqi sənət nümunələrinin ixrac potensialı barədə təcrübə mübadiləsi aparılmışdır.
Ölkəmizin sənətkarlıq məhsullarının özünəməxsusluğu bu sahədə fəaliyyət göstərən şirkətlərin də marağına səbəb oldu. Belə ki, Roma Əl İşləri Sərgisinin prezidenti ölkəmizi qeyd edilən sərgiyə dəvət etdi. Bununla yanaşı digər ölkələrin nümayəndələri də xalq yaradıcılığı sahəsində əməkdaşlıq arzusunda olduqlarını bildirdilər. Müxtəlif ölkələrdən olan qəzet və jurnal nümayəndələri, bloggerlər Azərbaycan mədəniyyəti barədə yazılar, materiallar hazırlayacaqlarını bildirdilər.
Məlumat üçün bildiririk ki, sərgi 2 may tarixinədək davam edəcəkdir



Xəbərlər  Tarix:   1 May 2019 / 23:46


« Əvvəlki xəbər (5814 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR