KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV BRAZİLİYA MİLLİ KONQRESİNİN DEPUTATLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Kənd təsərrüfatı naziri İnam Kərimov Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İnam Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Nazir Azərbaycan və Braziliya arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, qəbula görə təşəkkür edən Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya ölkəsində Azərbaycanla bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verildiyini vurğulayıb.
Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.



Xəbərlər  Tarix:   3 May 2019 / 19:52


« Əvvəlki xəbər (5792 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR