Beynəlxalq stolüstü tennis turnirinə yekun vurulmuşdur

Mayın 3-də Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnirə yekun vurulmuşdur.
Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyadan olan 70-dən çox stolüstü tennisçi medallar uğrunda mübarizə aparıblar.
Turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak ediblər.
Yarışın ilk günü 2008-ci il və daha azyaşlı idmançılar qüvvələrini sınayıblar. Qızlar arasında ölkəmizi təmsil edən idmançılar - Arzu Aslanova I yer, Mərziyyə Nürmətova II yerə layiq görülüblər. Türkiyədən olan idmançı Asudə Tuba Şimşək və Azərbaycan təmsilçisi Aylin Əsgərova III yerə sahibləniblər.
Oğlanlar arasında Azərbaycan təmsilçiləri – Hüseyn Eylazov I yer, Adil Əhmədzadə II yeri tutublar. Türkiyənin idmançısı Mustafa Nebhan və Azərbaycan idmançısı Rüstəm Hacılı III yeri qazanıblar.
2004-cü il və daha azyaşlı idmançı qızlar arasında I yeri İran təmsilçisi Elina Rahimi, II yeri Rusiya təmsilçisi Mariya Siropova, III yeri Azərbaycan təmsilçiləri Ləman Abdülhəmidova və Mehriban Dadaşova qazanıblar.
Oğlanlar arasında İran idmançısı Aşrafi Parham I, Azərbaycan idmançısı Emin Məmmədov II, İran idmançısı Samran Kərimi və Azərbaycan idmançısı Kənan Pənahov III yerə layiq görülüblər.
Qaliblərə medalları Azərbaycan Respublikası Gənclər və Idman nazirinin müavini İsmayıl İsmayılov, Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Türkiyə Respublikasının Stolüstü Tennis Federasiyasının prezidenti Fateh Karaca və İran İslam Respublikası Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Aligardashi təqdim ediblər.



Xəbərlər  Tarix:   3 May 2019 / 21:23


« Əvvəlki xəbər (5778 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR