Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın çaylarında, xüsusən də Balakən-Şəki ərazisindən axan çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-180 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Mayın 06-da yağan yağışla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 592 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 375 m3/s olmaqla, ongünlük normadan az olub.
Mayın 06-da yağan yağışla əlaqədar Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 148 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 108 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 39 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 360 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 51 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 13 sm azalaraq 472 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 06-da isə 330 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 18 sm azalaraq 265 sm qeydə alınıb. 2018-ci il mayın 06-da isə bu rəqəm 179 sm təşkil edib. Salyanda suyun səviyyəsi 16 sm azalıb və 303 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 103 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 8 sm azalaraq 251 sm olub və bu göstərici 2018-ci il mayın 06-da 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 215 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 06-da isə 48 sm təşkil edib.



Xəbərlər  Tarix:   6 May 2019 / 19:27


« Əvvəlki xəbər (5753 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR