QUSAR VƏ XAÇMAZ DÖVLƏT SORT SINAQ MƏNTƏQƏLƏRİNDƏ ÇOXİLLİK ƏKMƏLƏRƏ AİD SINAQ İŞLƏRİ DAVAM ETDİRİLİR

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə 2019-cu ildə Elmi Tədqiqat İnstitutları və özəl şirkətlər tərəfindən sınağa təqdim olunmuş bitki sortlarının metodikaya üyğun olaraq sınağı həyata kecirilir.
Bu il 9 bitki üzrə 20 muxtəlif meyvə sortunun əkin materialı Qusar Dövlət Sort Sınaq Məntəqəsinə (DSSM) təqdim olunub. DSSM -də 12 meyvə bitkiləri üzrə 115 sortun (almanın 45, armudun 11, gilasın 27, nektarinin 18, əriyin 3, albalınının 2, badamın 2, gavalının 2, qaragilənin 2, qozun 1, xurmanın 1 və zirincin 1 sortu) sınaq işləri aparılır. Həmçinin 2019-cu ildə Xaçmaz DSSM- ə 7 meyvə bitkisi üzrə 24 sortun əkin materialı təqdim olunmuşdur. Ümumilikdə Xaçmaz DSSM-də 11 bitki üzrə 61 sortun sınaq işləri aparılır.
DSSM-in yeni sınağa təqdim olunmuş sortların sınaq sahəsində aqrotexniki tədbirlər iş planına uyğun olaraq (budama işləri, sahəyə gübrələrin verilməsi, cərgəarası becərmə işləri, qış müalicəsi və.s) vaxtında yerinə yetirilir və fenoloji müşahidələr aparılır. Aparılan Sort-sınaq işlərinin nəticələrindən asılı olaraq yüksək göstəricilərə malik olan sortlar secilərək “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reysteri”ndə qeydiyyata alınacaqdır.



Xəbərlər  Tarix:   6 May 2019 / 20:39


« Əvvəlki xəbər (5747 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR