“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert təşkil olunacaq

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert mayın 7-də təşkil olunacaq.
Gecədə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Bəstəkar və xalq mahnılarının səslənəcəyi gecədə respublika və beynəlxalq müsabiqələr laureatı olan ifaçılar çıxış edəcək.



Xəbərlər  Tarix:   6 May 2019 / 21:44


« Əvvəlki xəbər (5739 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR