FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 30 aprel-2 may 2019-cu il tarixlərində nazirliyin Aran Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Yevlax şəhərində keçirilmiş müsabiqədə iştirak etmiş şəxslərlə bağlı müsabiqə komissiyasının rəyinə dair cədvəlləri təqdim edirik.
Qeyd edək ki, müsabiqədə müvəffəqiyyət qazanmış şəxslər əlavə olunmuş cədvəldə göstərilən tarixdə tibbi şəhadətləndirmə və sənədləşdirmə üçün FHN-in Tibb Xidmətinin Tibb mərkəzində (ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küç., 124) olmalıdırlar. Tibbi şəhadətləndirmə və sənədləşdirməyə gələn şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
tərcümeyi-hal;
şəxsiyyət vəsiqəsinin əsli və notarial təsdiq edilmiş surəti;
təhsil haqqında sənədin əsli və notarial təsdiq edilmiş surəti;
hərbi biletin əsli və notarial təsdiq edilmiş surəti;
evli olanlar üçün: Nikah haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surəti;
valideyn və ya qəyyum olanlar üçün: uşaqlarının Doğum haqqında Şəhadətnaməsinin (qəyyumluq haqqında sənədin) notarial təsdiq edilmiş surəti;
sağlamlıq haqqında arayış (Forma № 086);
Vərəm Əleyhinə Dispanserdən arayış;
Dəri-Zöhrəvi Dispanserdən arayış;
Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
Narkoloji Dispanserdən arayış.
Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.



Xəbərlər  Tarix:   7 May 2019 / 20:25


« Əvvəlki xəbər (5715 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR