Dövlətdən “Gənclərə dəstək” layihəsi…

Mayın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert keçirildi. Konsertin təşkilatçısı dövlətin dəstəyilə filarmoniyanın özüdür.
Konsertdə İlahə Hüseynovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Calğı Alətləri Orkestri çıxış etdi. Bəstəkar və xalq mahnılarının səslənəcəyi gecədə bir birindən istedadlı, respublika və beynəlxalq müsabiqələr laureatçısı olan yeniyetmələr və gənc ifaçılar çıxış etdilər.
Konsertin ilk ifaçısı solist Mələk Əsədullayeva oldu. İnsanın ruhunu qidalandıran səs ifası bir birini əvəz etdi. Daha sonra respublika və beynəlxalq müsabiqələr laureatçısı Mədinə Axundova, Əsmər Mehdizadə, Ramiz Mirişlinin (Bir xumar baxışla) mahnisini ifa edən Günel Qasımova, prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı olan Mahir Hacıyev, solist Fərid Nağıyev, prezident təqaüdçüsü, “Rondoletto”nun ifaçısı Əli Məlikov öz əsrarəngiz çıxışları ilə gecəni rövnəqləndirdilər.
“Ugurmedia” informasiya agentliyi olaraq, “gənclərə dəstək” layihəsinin özündə hansı prioritetləri əks etdirdiyini öyrənmək məqsədilə dirijor xanım İlahə Hüseynovanın rəyini öyrəndik. İlahə xanım bildirdi ki, adıçəkilən konsert filarmoniyanın təşkilatçılığı ilə “Gənclərə dəstək” layihəsinə həsr olunmuş bir gecə idi. Gecəni filarmoniyanın Musiqi Redaksiyası həm Simfonik Orkestri, həm Kamera Orkestri, həm də, Xalq Çalğı Alətləri Orkestri ilə birgə keçirib. Belə tədbirlərin uzun müddətdən bəri keçirildiyini vurğulayan Hüseynova sentyabrdan bu günə kimi belə tədbirin dördünün keçirildiyini qeyd edib. Hüseynova sonda bildirib ki, gənc və yeniyetmələrin istedadlarını üzə çıxarmaq, özlərini xalqa tanıtmaq üçün yaradılan şərait onlar üçün bir şansdır. Belə konsert proqramlarının təşkil olunacağını vurğulayan Hüseynova bu layihələrin dövlətin dəstəyi nəticəsində baş tutduğunu xatırladıb.
Ugurmedia.az Yayım İnformasiya Agentliyinin xəbərlər departamentinin sədri Leyla Səttarlı da həmin konsert proqramında iştirak edib. Leyla xanımın sözlərinə görə, çox yüksək səviyyədə təşkil olunan konsert bir birini əvəz edən əsrarəngiz səs ifaçiları, duyğusal və insanın ruhunu oxşayan performanslarla yaddaşlara yazıldı. Nəzərinizə çatdıraq ki, Ugurmedia olaraq, istedadlı gənclərin üzə çıxmasında, onları tanıtmaqda əlimizdən gələni əsirgəməyən mediayıq. Xatırlanması yerinə düşər ki, dövlət və prezidentimiz gənclər üçün hər növ şərait yaratdığı kimi, biz də Ugurmedia olaraq, daim gənclərin tanınmasını yayımlamağı özümüzə borc bilir və gənclərin yanında olmağımızla qürur duyuruq!
Xəbərlər departamentinin sədri Leyla Səttarlı



Öz xəbərlərimiz  Tarix:   8 May 2019 / 14:44


« Əvvəlki xəbər (5702 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR