Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi ehtiramla yad edilib

1992-ci il iyun ayında ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində anma mərasimi keçirilib.
Belarus xalqının ənənəvi bayramı sayılan “Radonitsa” günündə ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviç ilə görüşüblər. Əvvəlcə Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Mərasimində A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb.
Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dotluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.
Qəhrəmanın anası da öz növbəsində çıxış edərək oğlunun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.



Xəbərlər  Tarix:   8 May 2019 / 16:14


« Əvvəlki xəbər (5698 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR