Ağacların qorunub saxlanılması məqsədilə MMC rəhbərinə məcburi göstəriş verilib

Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub. Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.



Xəbərlər  Tarix:   8 May 2019 / 20:20


« Əvvəlki xəbər (5692 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR