Xoreoqrafiya Akademiyasında Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Bolqarıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) qonaq olub. Səfirlə görüşdə akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, akademiyanın prorektoru, Xalq artisti Təranə Muradova, “Stara Zagora” Opera Teatrının rejissoru və baş bədii rəhbəri, hazırda akademiyada ustad dərsləri keçən Silviya Tomova, iştirak edib.
Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev qonağı salamlayaraq akademiyanın fəaliyyətindən, beynəlxalq əməkdaşlığından, təlim-tədris prosesi haqqında ətraflı məlumat verib.
Səfir Nikolay Yankov isə öz növbəsində Bolqarıstan və Azərbaycanın sənət ocaqlarının gələcək əməkdaşlığına maraqlı olduğunu bildirərək, bu sahədə BXA-nın əldə etdiyi nailiyyət və təcrübələrindən yararlanmaq istədiyini vurğuladı. Silviya Tomova da BXA haqqında müsbət fikirlər səsləndirərək akademiyada tədris və yaradıcılıq üçün münbit şəraitin yaradıldığını qeyd etdi. S.Tomova həmçinin onu da bildirdi ki, Azərbaycanın görkəmli balerinası, SSRİ-nin Xalq artisti Qəmər Almaszadənin tələbəsi olmuş Roza Xuda Quli xeyli müddət Bolqarıstan Respublikasının Varna şəhərində balet məktəbinə rəhbərlik edərək, bolqar klassik xoreoqrafiyasının inkişafında yaxından iştirak edib.
Görüşdə həmçinin hər iki ölkənin ali sənət məktəblərinin birgə konsert proqramlarının təşkil olunması, tələbə-müəllim mübadiləsi, Azərbaycan rəqslərinin Bolqarıstanın xoreoqrafiya təmayüllü məktəblərində tədris edilməsi və qarşılıqlı əməkdaşlıq sazişlərinin bağlanılması müzakirə olunub.



Xəbərlər  Tarix:   8 May 2019 / 23:02


« Əvvəlki xəbər (5677 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR