Gözdən Əlillər Cəmiyyətindən ölkə başçısına minnətdarlıq...

Gözdən Əlillər Cəmiyyətindən ölkə başçısına minnətdarlıq...
Mayın 10-da Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi Ayna Plazada öz növbəti mətbuat konfransını keçirib. Konfransı giriş sözü ilə başlayan AGƏC-nin prezidenti Səmyar Abdullayev əlil vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində qəbul etdiyi 25 fevral, 15 aprel və 3 may 2019-cu il tarixli sərəncamlarına AGƏC-i üzvlərinin münasibəti haqqında danışıb.
Cəmiyyət sədri ilk olaraq, respublika prezidenti İlham Əliyevin 25 fevral, 15 aprel və 3 may sərəncamlarından söz açaraq, sosial əmək pensiyalarının artırılması, 18 yaşınadək gözdən əlil uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi, bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını önə çəkərək bu halın gözdən əlillər üçün təqdirəlayiq addım olduğunu vurğulayıb.
Ugurmedia informasiya agentliyinin əməkdaşı Akkubayeva Asiməyə verdiyi müsahibəsində cəmiyyətin sədri S.Abdullayev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd müxalif siyasi qüvvələrin təsirində olan mətbuat nümayəndələrinin son zamanlar əlil vətəndaşlar adından yalan bəyanatlar yaydığını ictimaiyyətə çatdırmaqdır. Abdullayev bu tip bəyanatların əsassız olduğunu, heç bir hüquqi qüvvəsi olmayan xəbərlərin bugun ölkədə gedən dinamik islahatlara kölgə salmayacağını və gözdən əlil vətəndaşların bu yalanlara inanmayacağını xüsusi narahatlıqla qeyd edib: “Biz ölkə başçısının qəbul etdiyi sərəncamları dəstəkləyir və hər bir hüquqi normanın bizim sosial rifahımıza şamil olunacağını rəğbətlə qarşılayırıq. Bir neçə gözdən əlilin müraciəti və ya narazılığı, ümumilikdə, bütün gözdən əlil vətəndaşların narazılığı kimi qiymətləndirilə bilməz. Hər bir vətəndaşın öz mövqeyi və öz konstitusion hüquqları var. Ona görə də, bir neçə gözdən əlil vətəndaşın müracətini yüzlərlə gözdən əlil vətəndaşın adından qəbul etmək, öz çirkin niyyətlərinə gözdən əlilləri alət etmək doğru deyil və biz bunu qəti surətdə qınayırıq ”. Daha sonra gözdən əlillərin mənzil probleminin olduğunu vurğulayan Səmyar Abdullayev bildirib ki, ölkə başçısı bu səhədə də onları düşünüb. Onun sözlərinə görə, hazırda 600-dən çox əlil mənzil növbəsini gözləyir. Nərimanov rayonunda əlillər üçün mənzillərin inşası gedir. Lakin, Şəhərsalma Dövlət Arxitektura Komitəsi bu layihənin icrası üçün lazımi işləri həyata keçirmir. Əlbəttə şəhərsalma yeni strukturdur. Onları da qınamırıq. Ümid edirik ki, Komitə mənzillə təmin olunma layihəsinin tam icrası üçün Gözdən Əlillər Cəmiyyətinə öz dəstəyini göstərəcək. Ümumilikdə, 650 min əlil vətəndaşdan 50 mini gözdən əlildir”.
Tədbirin sonunda S.Abdullayev gözdən əlil cəmiyyyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə imzalanan hər bir sərəncama, gözdən əlillərə göstərilən ehtirama və qayğiya görə ölkə başçısına minnətdarlığını bildirib. Prezidentə daim müvəffəqiyyətlər arzulayan Səmyar bəy konfransa təşrif buyuran sağlam media vasitəçilərinə, xüsusilə, Ugurmedia yayım və informasiya agentliyinə öz minnətdarlığını bildirib.
Ugurmedia xəbərlər departamentinin sədri Leyla Səttarlı



Öz xəbərlərimiz  Tarix:   10 May 2019 / 18:54


« Əvvəlki xəbər (5653 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR