Binəqədi rayonunda ahıl vətəndaşlar arasında “Dama, şahmat və nərd” üzrə rayon birinciliyi keçirildi

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 08 may 2019-cu il tarixində R.Aboyev adına mədəniyyət və istirahət parkında ahıl vətəndaşların asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri arasında 9 May - “Faşizm üzərində qələbə”nin 74-cü ildönümünə həsr olunmuş “Dama, şahmat və nərd” üzrə rayon birinciliyi keçirilmişdir.
Birinciliyin nəticəsinə görə “Dama” idman növü üzrə Fərman İsayev I, Hacı Hacıyev II, Teyyub Həsənov III yeri; “Şahmat” idman növü üzrə Səyyad Nəbioğlu I, Mamed Əhmədov II yeri, Vaqif Ələkbərov III yeri; “Nərd” idman növü üzrə Zaman Allahverdiyev I, İntizam Əkbərov II, Təvəkgül Nəsibov III yeri tutmuşdur.



Xəbərlər  Tarix:   10 May 2019 / 20:37


« Əvvəlki xəbər (5645 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR