Bülbül adına uşaq incəsənət məktəbində incəsənət festivalı keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.
Festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun “Sumqayıt”, E.Sabitoğlunun “Azərbaycan” mahnıları səslənib. Bununla yanaşı, Respublika müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında “Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, “Nağaraçılar ansamblı”, “Ümid” rəqs qrupunun çıxışları da alqışlarla qarşılanıb.
O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin “Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun “Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi A.Əliyevin ifasında Montinin “Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ıfasında “Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun “Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun “Şıdırığı” əsərləri maraqla dinlənilib.
Festival çərçivəsində məktəbin rəsm şöbəsinin şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işləri sərgisinə baxış olub.



Xəbərlər  Tarix:   10 May 2019 / 22:26


« Əvvəlki xəbər (5638 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR