FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 2019-cu ilin aprel-may aylarında keçirilmiş müsabiqədə iştirak etmiş və müvəffəqiyyət qazanmış şəxslərin xidmətə qəbul prosesini sürətləndirmək, tibbi şəhadətləndirməni operativ aparmaq və qısa müddət ərzində başa çatdırmaq məqsədi ilə namizədlərin tibbi şəhadətləndirməyə dəvət olunma tarixlərində dəyişiklik aparılmışdır. Namizədlər yeni tarixlərdə tibbi şəhadətləndirmə və sənədləşdirməyə dəvət olunurlar (siyahı əlavə olunur).
Tibbi şəhadətləndirmə və sənədləşdirməyə gələn şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
tərcümeyi-hal;
şəxsiyyət vəsiqəsinin əsli və notarial təsdiq edilmiş surəti;
təhsil haqqında sənədin əsli və notarial təsdiq edilmiş surəti;
hərbi biletin əsli və notarial təsdiq edilmiş surəti;
evli olanlar üçün: Nikah haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surəti;
valideyn və ya qəyyum olanlar üçün: uşaqlarının Doğum haqqında Şəhadətnaməsinin (qəyyumluq haqqında sənədin) notarial təsdiq edilmiş surəti;
sağlamlıq haqqında arayış (Forma № 086);
Vərəm Əleyhinə Dispanserdən arayış;
Dəri-Zöhrəvi Dispanserdən arayış;
Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
Narkoloji Dispanserdən arayış.
Qeyd: siyahıda adı göstərilən namizədlərdən dəvət tarixindən əvvəl tibbi şəhadətləndirmədən keçmiş şəxslərin təkrar gəlməsinə ehtiyac yoxdur.
Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.



Xəbərlər  Tarix:   13 May 2019 / 20:41


« Əvvəlki xəbər (5616 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR