“Gender bərabərliyi və media”...

Mayın 13-də “Hilton”mehmanxanasının “Sevda ballroom” zalında “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirildi. Konfrans Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Avropa Şurası tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə keçirilib.
Avropa Şurasının 70 illiyinə və Azərbaycanda seçki hüququnun qadınlara verilməsinin 100 illiyinə həsr olunmuş tədbirin əsas məqsədi gender bərabərliyi və media sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və bu mövzuda açıq müzakirələrə şərait yaratmaqdır. Konfransda 80-dən çox dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusun, media və vətəndaş cəmiyyətinin nümayəndələri, xarici və yerli ekspertlər, eləcə də, Ugurmedia Yayım İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Tərlan Abbasov iştirak ediblər.
Açılış sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, Səfir Zoltan Hernyes, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, millət vəkili, AŞPA-nın Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi Komitəsinin üzvü Sahibə Qafarova, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış ediblər. Konfrans çərçivəsində “Avropa Şurası, gender bərabərliyi və media azadlığı”, Azərbaycan Demokratik Respublikası (ADR) “Qadın hüquqları və media”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və ptoblemlər” mövzuları üzrə 3 sessiya ətrafında müzakirələr keçirilib.
Ugurmedia üçün gender bərabərliyi mövzusu həmişə önəmli olub. Cəmiyyətdə bir çox məsələlərdə qadınların önə çəkilməməsi, onlara süni şəkildə qadağaların yaradılması həmişə ağrılı yerimiz olub.Ugurmedianın İşlə Təmin Proqramı layihəsinin əsas məqsədi xanımların işsizlik problemini aradan qaldırmaq, onların problemlərinə şərik çıxmaq, işlə təmin olunmasına nail olmaqdır. Bunun üçün qaynar xətt yaradılıb. Saat 10.00-dan 18.00 kimi qaynar xətt vasitəsilə işlə təmin olunmaqla bağlı suallara cavab verilir. Xanımlar heç bir yerə getmədən, öz evində oturaraq işlə təmin proqramının bütün detalları ilə yaxından tanış olmaq şansı qazanır, öz arzu və istəklərinə uyğun iş tapır, asanlıqla işə qəbul olunurlar. Hər kəsin peşəsindən, ixtisasından, yaşından asılı olmayaraq, işlə təmin olunmasına yardım olunur. Ugurmedia tək işlə təmin olunmada deyil, onların şikayət və müraciətlərinin öz həllini tapmasında xanımlara dəstək olub yardım edir. Ugurmedianın işi qadınların şikayət və müraciətlərini mediada işıqlandırmaq yox, problemin uğurlu həlli üçün əlindən gələni əsirgəməməkdir. Ugurmedianın qapısı hər kəsin üzünə açıqdır. Və 90 faiz xanımların öz ayaqlarının üstdə durmasına çalışmaqdadır. Bu günə qədər bizə müraciət edən xanımların əksəriyyətinin problemi öz həllini tapıb.
Ugurmedia Xəbərlər Departamentinin sədri Leyla Səttarlı



Öz xəbərlərimiz  Tarix:   15 May 2019 / 13:50


« Əvvəlki xəbər (5591 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR