Azərbaycan incəsənət ustaları Asiya mədəniyyət karnavalında iştirak edir

15-18 may 2019-cu il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Asiya Sivilizasiyasının Dialoqu Konfransı” keçirilmişdir. Tədbirin açılış mərasimi və karnavalında Azərbaycan sənətçiləri iştirak etmişdir. Qala konsertin proqramına Birləşmiş Simfonik Orkestrinin, habelə müxtəlif ölkələrdən dəvət olunmuş milli folklor və rəqs kollektivlərinin birgə çıxışları daxil edilmişdir.
“Asiya Sivilizasiyasının Dialoqu Konfransı”nda gənc liderlər, 2000-dən artıq ölkənin nümayəndə heyəti, dünya səviyyəli rəssam və musiqiçilər, habelə 70 mindən çox tamaşaçı iştirak etmişdir. Tədbir “Gəncliyin bayramı, Asiyanın arzusu" mövzusuna yönəlmişdir. Karnaval müxtəlif möhtəşəm sənət nümayişləri və yüksək texnologiyalı səhnə effektlərini nümayiş etdirir. Pekinin məşhur “Bird's Nest Culture” Mərkəzində keçirilən tədbiri Çin Xalq Respublikasının Sədri Si Cinpin açılış nitqi ilə açmışdır.
Mayın 15-də Pekin Milli Stadionunda “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində keçirilən Asiya mədəniyyət karnavalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı (direktor Elçin Qədimov), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (direktor Elçin Abbasov) və Birləşmiş Millətlər Simfonik Orkestrinin tərkibində beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, truba ifaçısı İsrafil Rəsulov çıxış etmişdir. Azərbaycan Dövlət Rəqs Ansamblı 40 nəfərlik heyətlə “Mənim Azərbaycanım” suitasını ifa etmişdir. Ansamblın konsert proqramını Xalq artisti Rüfət Xəlilzadə hazırlamışdır.
Karnavalda yerli incəsənət ustaları ilə yanaşı, Asiyanın bir neçə ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan, Qazaxıstan, Türkmənistan, Qətər və başqalarından mahnı və rəqs qrupları, musiqiçilər çıxış etmişlər.
Mayın 22-dək davam edəcək karnaval Asiya xalqları arasında mədəni mübadilənin təşviqi məqsədini daşıyır.



Xəbərlər  Tarix:   16 May 2019 / 20:47


« Əvvəlki xəbər (5573 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR