“Oyuqçu”lar bu dəfə Qobustan qoruğuna səyahət edəcək

Mütəmadi olaraq reallaşdırdıqları sosial-maarifləndirici layihələri ilə cəmiyyətin diqqətini cəlb etməyə çalışan, mədəni irsimizin, tarixi abidələrimizin təbliğinə yönələn aksiyalar həyata keçirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Qobustan Milli-Tarix Bədii Qoruğu “Keçmişə sənətlə səyahət” adlı tədbirlə sənətsevərləri bir araya gətirəcək.
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə qoruq ərazisində geniş konsert proqramı təşkil olunacaq.
Həmin gün (saat 11:00 -13:00) qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklər izləyəcək, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramı izləmək şansı qazanacaqlar.
Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər.
Tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrdə tarixi keçmişimizə maraq oyatmaq, Qobustan qoruğu ilə yaxından tanış olmaq, ümumilikdə beynəlxalq muzeylər günü, tarixin saxlanc yeri olan bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır.



Xəbərlər  Tarix:   16 May 2019 / 21:54


« Əvvəlki xəbər (5569 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR