Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

4 iyun 2019-cu il tarixdə, Heydər Əliyev Mərkəzində “İNNOFEST” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək.
8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 8-10 noyabr 2019-cu il tarixlərdə Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.
Azərbaycanda III Robot Olimpiadasında iştirak etmək istəyən yeniyetmə və gənclər aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 25 may 2019-cu ildir.
Ссылка
Olimpiada ilə bağlı yeniliklərlə davamlı tanış olmaq üçün www.wro-azerbaijan.az veb saytını izləyə bilərsiniz
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də artıq bu say 70-i keçmişdir.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilmişdir.



Xəbərlər  Tarix:   21 May 2019 / 23:23


« Əvvəlki xəbər (5551 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR