HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Mayın 23-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.
Öncə iclasda 10 maddədən ibarət qanun layihəsi barədə məlumat dinlənildi. Bildirildi ki, bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı beynəlxalq təcrübə nəzərə alınıb. Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.
Sonra deputatlar Azay Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, komitə sədrinin müavini Məlahət İbrahimqızı, MSK-nın nümayəndəsi Rövzət Qasımov fikirlərini, təkliflərini bildirdilər.
Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   23 May 2019 / 20:49


« Əvvəlki xəbər (5514 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR