Fransa Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Energetika Nazirliyində Fransa İnkişaf Agentliyinin Cənubi Qafqaz İdarəsinin rəhbəri xanım Qael Assayaq ilə görüş keçirilib.
Görüşdə Agentliyin nəqliyyat, kənd təsərrüfatı və digər sahələrlə yanaşı dayanıqlı enerji təchizatı, təmiz enerji üzrə layihələrin maliyyələşdirilməsində iştirakı və indiyə kimi müxtəlif sahələr üzrə 752 layihəyə 10,4 mlrd. Avro məbləğində maliyyə vəsaitinin ayrılması barədə məlumat verilib. Qael Assayaq bildirib ki, Agentliik Azərbaycanda bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə həyata keçirilən layihələrin iştirakda maraqlıdır və maliyyə dəstəyi verməyə hazırdır.
Energetika nazirinin müavini Elnur Soltanov ölkənin külək, günəş və digər bərpa olunan enerji potensialından danışaraq, bu sahənin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, hazırda bərpa olunan enerji sektorunun inkişafına özəl investisiyanın cəlbi məqsədilə normativ hüquqi baza yaradılır, güzəştli tarifllərin tətbiqini nəzərdə tutan mexanizmlər hazırlanır. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün BP, Total, Masdar və digər xarici şirkətlərlə əməkdaşlıq sənədləri imzalanıb.
Görüşdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərlər  Tarix:   23 May 2019 / 21:19


« Əvvəlki xəbər (5511 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR