Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Xəbərlər  Tarix:   23 May 2019 / 23:13


« Əvvəlki xəbər (5510 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR