28 may Respublika gününə Qəbələ gəzintisi Ugurmedianın gənclərə özəl tədbiri

28 may Respublika günü – 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.
Dövlətimizin, Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğını əsas tutaraq, Ugurmedia da gənclərimizi diqqətdən kənarda saxlamayıb. Bunun üçün, 28 May Respublika gününə özəl olaraq, Ugur media Qəbələ tədbiri təşkil edir. Tədbir çərçivəsinə əyləncəli və hədiyyəli oyunlar, çay süfrəsi, canlı musiqi, Qəbələnin görməli yerləri olan Yeddi Gözəl, Nohurgöl və Qəbələnd gəzintisi daxildir. Ugurmedia istedadlı gənclərimizi Qəbələ tədbirimizə dəvət edir. Mahnı oxumağı, hər hanı çalğı alətində ifa etmək bacarığına malik olanlar üçün Qəbələ tədbirinə ödəniş pulsuzdur. Ugurmedia həmişə gənclərimizin arxasında dayanan, onlara dəstək verən, problemlərinin həllində yardımçı olan bir media olub. Gənclər bizim parlaq işığımız, nurlu sabahımızdır. Ulu öndər Heydər Əliyev və bugun ölkəmizin başçısı İlham Əliyevin önə çəkdiyi gənclərimizin Ugurmedia ənənəyə sadiq olaraq, daim yanında olub, onlara əlindən gələni köməyi əsirgəmir. Əyləncəli, sürprizlərlə dolu, xoş bir gün keçirəcək gənclər bir daha üzərlərində dövlətin və Ugurmedianın dəstəyini hiss edəcəklər.Qeydiyyat üçün əlaqə telefonu 055 224 22 82
Ugurmedia Xəbərlər Departamentinin sədri Leyla Səttarlı



Uğurlarımız  Tarix:   24 May 2019 / 12:19


« Əvvəlki xəbər (5504 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR