Uşaq Kitabxanasında “Nağılların rəng dünyası” adlı tədbir keçiriləcək

Uşaq Kitabxanasında “Nağılların rəng dünyası” adlı tədbir keçiriləcək
27
24.05.2019
Mayın 27-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Nağılların rəng dünyası” adlı tədbir keçiriləcək. Tədbir Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr ediləcək.
Tədbirin keçirilməsində əsas məqsəd, mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılmaq və müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirmək, həmçinin, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirməklə nağılları yaşatmaqdır.
Tədbirdə uşaqların iştirakı ilə musiqili nağıl tamaşa və Gənc Tamaşaçılar Teatrının foyesində dünya xalqlarının nağıllarını əks etdirən maraqlı uşaq kitab sərgisi nümayiş olunacaq.



Xəbərlər  Tarix:   24 May 2019 / 23:45


« Əvvəlki xəbər (5498 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR