BEYNƏLXALQ TƏDBİRLƏRDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfərə gedecək. Millət vəkili iclasda çıxış edəcək mövzu ilə bağlı fikirlərini səsləndirəcək.
Deputatımız iyunun 6-dan 8-nə kimi isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100-cü illiyi ilə əlaqədar Azərbaycanda qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edecək.
* * *
Deputat Elşad Həsənov Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları komitəsinin iclasında iştirak etmək üçün iyunun 2-dən 4-nə kimi Fransanın paytaxtı Parisə səfər edecək. Millət vəkili komitə qaldırılan məsələlərə münasibətini bildirəcək.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   31 May 2019 / 23:55


« Əvvəlki xəbər (5468 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR