Azərbaycan Respublikasının Prezidenti Avropa Liqasının Bakıda keçirilən final oyunu zamanı göstərdiyi nümunəvi xidmətə görə daxili işlər orqanlarının şəxsi heyətinə öz təşəkkürünü bildirmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu il mayın 29-da Avropa Liqasının Bakıda keçirilən final oyunu zamanı ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində göstərdiyi nümunəvi xidmətə görə daxili işlər orqanlarının şəxsi heyətinə öz təşəkkürünü bildirmişdir.
Cənab Prezident təşəkkürünün şəxsi heyətə elan edilməsi üçün Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova tapşırıq vermişdir.
Ölkə başçısının təşəkkürü polis orqanlarında və Daxili Qoşunların nizami hissələrində şəxsi heyətə elan edilmişdir.
Polis əməkdaşları və hərbi qulluqçular ölkə Prezidentinin göstərdiyi bu ali diqqəti böyük sevinc və ruh yüksəkliyi ilə qəbul etmişlər.
Nazir R.Usubov möhtərəm dövlət başçımızı əmin etmişdir ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da üzərinə düşən bütün vəzifələri əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.



Xəbərlər  Tarix:   3 İyun 2019 / 23:04


« Əvvəlki xəbər (5460 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR