Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin dərəyə aşıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Xəbərlər  Tarix:   3 İyun 2019 / 23:14


« Əvvəlki xəbər (5458 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR