SUMQAYIT KARATEÇİLƏRİ DÜNYA ÇEMPİONU OLDULAR

24-26 may 2019-cu il tarixlərində Ruminiyanın Buxarest şəhərində karate (WSF) üzrə 10-cu dünya çempionatı keçirilmişdir. 40 ölkədən 1600-ə yaxın idmançının qatıldığı mötəbər yarışda milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirmələri Elməddin Səlimli (25 kq), Amil Abbaslı (35 kq) və Əsəd İmanov (76 kq) bütün rəqiblərinə qalib gələrək Dünya çempionatının qalibi olmuşlar. Onların komanda yoldaşı Əbülfəz Rəhimov (84 kq) isə bürünc mükafata layiq görülmüşdür. Qalibləri Baş İdarənin rəisi Elgün Hümbətov qəbul edərək onlarla yarış təəsuratlarını bölüşmüş, bundan sonra daha yüksək nəaliyyətlərə imza atmağı arzulamışdır. Sonda E.Hümbətov idmançılarla xatirə şəkili çəkdirmiş onlara gələcək yarışlarda uğurlar arzulamışdır.



Xəbərlər  Tarix:   10 İyun 2019 / 23:10


« Əvvəlki xəbər (5416 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR