Səhiyyə naziri Oqtay Şirəliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 21 İyun 2019-cu il tarixində saat 11:00-da Quba Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Quba Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



Xəbərlər  Tarix:   21 İyun 2019 / 01:24


« Əvvəlki xəbər (5380 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR