DEPUTATIMIZ KOREYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-dən bu ölkənin paytaxtı Seulda səfərdə olacaq.
Səfər müddətində millət vəkili bir sıra görüşlər keçirəcək, Səhiyyə və Rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edəcək. Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi və digər məsələləri də diqqət mərkəzində saxlayacaq.
Səfər iyunun 28-də başa çatacaq.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   21 İyun 2019 / 22:00


« Əvvəlki xəbər (5366 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR