İstirahət günlərində gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Böyük və Kiçik Qafqazda hava şəraitinin yağışlı olacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində iyunun29-da hava yağmursuz keçsə də,
iyunun 30-da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da əsasən axşam saatlarındayağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.



Xəbərlər  Tarix:   29 İyun 2019 / 00:01


« Əvvəlki xəbər (5320 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR