GƏLIN BIRGƏ SEVINƏK

Biz Uğur media komandası bu gün ənənəmizdən kənara çıxaraq yenilik etmək qərarına gəldik. Daim seçilmiş insanların uğurlarını işıqlandıran mediamız bu gün öz əməkdaşımızın uğurunu sizinlə paylaşmağı düşündük.
Gəlin müsahibəmizə ilk öncə belə bir sualla başlayaq.
-Sizcə Vüsalə kimdir?
-Vüsalə.... ilk öncə Azərbaycan qadınıdır, Vüsalə vətənpərvərliliyi deviz tutan bir Azərbaycan müəllimidir, Vüsalə liderlilik uğrunda deməzdim , fərqli olmağı sevən və buna nail olmaq üçün də daim öz üzərində çalışan bir peşəkardır, sənətini sevən və heyatda faydalı olmaqdan, vətəninə və vətəndaşlarına xidmət etməkdən zövq alan bir şəxsdir.
- Dediklərinizin içində belə bir fikir mənim diqqətimi cəlb etdi. Dediniz ki “daim öz üzərində çalışan”... nə edirsiz püxtələşmək üçün? Nə edirsiz digərlərindən fərqlənmək üçün?
- Mütaliyələr edirəm,söz ehtiyatımı artırmaq üçün bədii ədəbiyyatdan çox istifadə edirəm. Kurslarda iştirak etməyi özümə borc bilirəm. Sonuncu dəfə İnklüziv Təhsil adlı layihədə iştirak etdim və düşünürəm həddindən çox faydalı biliklərlə rastlaşdım və belə bir fikir formalaşdırdım ki, uğur əldə etmək, nailiyyət qazanmaq üçün əlillik əngəl deyil. Bunun üçün güclü iradə, səbr, çoxlu iş, əmək, bacarıq və ən əsası da ətrafın dəstəyi gərəkdir.
-İndiyədək hansı uğurlara imza atmısınız?
- 17 illik pedaqoji fəaliyyətim ən böyük uğurumdur hesab edirəm. Bundan əlavə Təhsil problemləri qəzetində açıq dərsim işıqlandırılıb 2009-cu ildə, “Şəxsiyyətyönümlü kurrikulum əsasında yaradılan dərsliklər və onların tətbiq olunması” adlı məqaləm Azərbaycan müəllimi qəzetində dərc olunub, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Bakı Əl Oyunları sarayında “Təhsildə informasiya –kommunikasiya texnologiyalarının tətbiqi bilik-təcrübə,texnologiya” adlı sərgidə iştitak etmişəm və bu sərgidəki fəal iştitakım İki sahil qəzetində öz əksini tapmışdır və həmin sərgidəki fəal iştirakıma görə bakı şəhəri üzrə Təhsil İdarəsi müdiri Nailə Rzaquliyeva tərəfindən Fəxri Fərmanla mükafata layiq görülmüşəm, bundan əlavə Təhsil problemləri qəzetində “Oxu dərslərində şagirdlərin müstəqil işinin təşkili” adlı məqaləm dərc olunub, 2017-ci ildə “Məktəbəqədər hazırlığın İbtidai təhsildə rolu” adlı mühazirəmlə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqdə çıxış etmişəm......daha uzatmaq istəmirəm çünki çalışaraq ərsəyə gətirdiyim bu nailiyyətlərimdən savayı digərlərini və hətta olduğum kurslardakı qazandığım bilik və bacarıqları sadalasam bizə bəlkə də bir neçə gün lazım olar . Ən sonda bu günkü uğurumu vurğulamaq istəyirəm ki Tops-layihəsi üzrə keçirilən təlimdə həm fəal iştirak və həmin layihə haqqında xüsusi televiziya portalında çıxışım olduğu üçün İdman və turizm nazirliyinin İdman akademiyasında keçirdiyi tədbirdə təltif olunduğum mukafatdır.
-İlk öncə təbrik edirəm və unutmamış tez bayaq sadaladiqlarınız uğurlar siyahısından bele bir fikirlər tutdum ki siz həm də məqalələr də yazırsız bu haradan qaynaqlanıb bəs?
-Deməli...mən uşaq ikən 2 sənəti çox sevirdim- bir jurnalistlika, bir də müəllimlik. Tale elə qismət etdi ki, mən İbtidai təhsilin pedaqogikası və metodikası üzrə təhsil aldım və 2002-ci ildən bu sahədə işlədim. Hal-hazırda da peşəm üzrə çalışıram. Lakin bununla yanaşı mən sevdiyim digər peşəmi də kolgədə qoymadım. Daim mütaliyələr etdim, söz ehtiyatımı genişləndirdim, bunların da mənə seçdiyim mövzu üzrə məqalə yazmağıma çox kömək oldu və nəticədə Uğur media ilə əməkdaşlığa başlayaraq hər iki sevdiyim sənətimlə məşğul olmağı tanrım nəsib etdi və bunun üçün də mən çox xoşbəxtəm.
-Hərdən övlada da valideynə də belə bir sual verirlər ki, kimi daha çox sevirsən? Atanı ya ananı? Oğlunu ya qızını? Sizə də belə bir sual vermək istərdim. Hansı peşəni daha çox sevirsiz? Müəllimliyi yoxsa jurnalistikanı?
-Çox ağır sual qarşısında qoyduz məni,əslində elə də çətin sual da demək olmazdı. Çünki, anaya da övlada belə bir sualla müraciət edəndə eyni cavabla qarşılaşırsız:”Hər ikisi...” Eyni cavabı da mən indi sizə verərəm ki,ana üçün hər iki övladın öz yeri olduğu kimi mənim üçün də hər bir sevdiyim peşənin özünəməxsus yeri var bax bu kiçik qəlbimdə.
-O zaman Həsənova Vüsalə Dilqəm qızı sizi aramızda görməyə çox şadıq. İşlərinizdə və gələcək layihələrinizdə sizə ugular diləyirik.
-Mən də öz növbəmdə sizə məni öz komandanıza qəbul etdiyiniz üçün minnətdaram. Ümidvaram daha gözəl layihələrə imza atarıq birlikdə və uğurlarımızı birlikdə paylaşarıq.



Uğurlarımız  Tarix:   1 İyul 2019 / 16:56


« Əvvəlki xəbər (5316 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR