Bu günü tarixi

Biz tanrının bizə bəxş etdiyi hər anı səmərəli keçirmək məqsədi ilə yaşayırıq. Günümüzü təqvimə uyğun qurur, gün rejimimizi təqvimə uyğun təşkil edirik. Lakin heç düşünməmişik ki, bu təqvimin tarixi haradır. Niyə 12 ay və ayların da hər biri müxtəlif günlüdürlər?
Tarıximizə nəzər salaq və ayların kəsb etdiyi mənalarını araşdırraq.
Yanvar - ayı Romanın başlanğıcı, girişi, zaman Tanrısı olan Janus-un adından götürülmüşdü.
Fevral - ayı öz əsasını Sabina mədəniyyətindən götürür. Sabina Romanın yaxınlığında yerləşən ərazidir. Romada fevral ayının 15-də qeyd olunan festival hətta “februa” adlandırılıb.
Mart - ayı təqvimin 3-cü ayı və yeni ilin başlanğıcı hesab olunur. Bu ay zamanın yenilik müharibəsi və “Mars” ayı kimi qeydə alınıb.
Aprel - ayı Yunan sevgi və gözəllik ilahəsi olan Afraditanın şərəfinə adlandırılan ay kimi diqqətə çatdırılır.
May - ayı fransız sözü olan “Mai”-dan götürülmüşdür. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faunus və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. “Maia” sözü “böyük biri” deməkdi.
İyun – ayı Romanın panteon ilahəsi sayılan Junosun adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
İyul - ayı Yuli Sezarın Roma kalendarının bərqərar olması zamanı öz adının bu aya verilməsi ilə yaddaşlara həkk olunub.
Avqust - ayı Avqust Sezarın Yuli Sezardan sonra təqvimə yeniliklər əlavə etməklə və öz adının Sezardan sonrakı ayla adlandırmaqla diqqətdədir.
Sentyabr - ayı Latın dilində “yeddi” sözündən götürülmüş və təqvimin 7-ci ayı hesab olunur.
Oktyabr – ayı köhnə Roma təqviminə əsasən “səkkizinci” deməkdir, bu şimal yarımkürəsində payız ilə, cənub yarımkürəsində yaz fəslini birləşdirir.
Noyabr – ayı Latın sözü “doqquz”-dan götürülmüşdü və hətta yanvar və fevraldan sonra Roma təqvimində adı toxunulmaz qalır.
Dekabr – ayı Latın sözü “on”-dan götürülmüşdü və mənası 10-cu deməkdi.
Yuri Sezar o dövrün təqvimindəki qarışıqlığı həll etməsi üçün Misirli astronom Sosiginesə əmr verir.O zamanlarda 1 ilin 365 gün 6 saat davam etdiyi bildirilir.
Sosigines belə həll edir: Hər il 365 gün çəkəcək.Hər ildən qalan 6 saat 4 ildən bir təqvimə əlavə olunacaq.Və o il 365+24 saat=366 gün olacaq.
366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay- 30 gün,digər 6 ay isə-31 gün çəkəcək.
Yaxşı,365 gün olan illərdə gün bölgüsü necə olacaq?
Sezar əmr verir:365 gün çəkən illərdə ən son aydan 1 gün ləğv olunsun.O zamanlar ilin son ayı Fevral, ilk ayı isə Mart idi.
Beləcə,fevral ayı 4 ildən bir 30 gün,digər illərdə isə 29 gün olmuşdu.Sezar bununla da kifayətlənməyib,doğulduğu aya öz adını vermişdi.JULİUS-yəni İyul. O ay bu aydır.
Sonradan imperator olan Oktavian Avqust(Augustus),Sezardan geri qalmamış və sonrakı aya öz adını vermişdi.August-yəni Avqust.Lakin Sezarın ayının(İyul) 31 gün, avqust ayının isə 30 gün olması ilə razılaşmayan imperator əmr etmiş:İlin son ayından daha bir gün alın və mənim ayımı 31 gün edin.
Fevraldan 1 gün daha alınmış və Avqusta əlavə olunmuşdu.,fevral ayı 4 ildən bir 29,qalan illər isə 28 gün çəkir.İyul və Avqust ayı isə yeganə aydır ki,dalbadal 31 gün çəkir.
Deməli tarixi faktlardan belə bir nəticəyə gəldik ki, iyul ayı JULİUS-un adını daşıyır.
1 iyul-Bakılılar günü
2 iyul-Azərbaycan Polis günü
3 iyulda isə aşağıdakı tarixi günlər baş vermişdir:Belə ki, 3iyul…
• 1890 — Aydaho ABŞ-ın 43-cü ştatı kimi qəbul edilir.
• 1915 — Türkiyədə ilk dəfə kağız pul istifadəyə verilmişdir.
• 1928 — Dünyada ilk dəfə televizorlar satışa çıxarıldı. Onların qiyməti 75 dollara idi.
• 1962 — Fransızlara qarşı olan Əlcəzair müstəqillik müharibəsi sona çatmışdır.
• 1994 — Bakı metrolarında ikinci partlayış baş vermişdir.
• 1996 — Boris Yeltsin ikinci dəfə prezident seçilmişdir.
• 2001 — Rusiyada, İrkutskda təyyarə qəzası 145 insanın həyatına son qoymuşdur.
Xəbərlər şöbəsinin müdiri: Vüsalə Həsənova



Öz xəbərlərimiz  Tarix:   3 İyul 2019 / 13:08


« Əvvəlki xəbər (5302 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR