“Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyi” mövzusunda sərgi keçiriləcək

4 iyul 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyi” mövzusunda sərginin açılış mərasimi keçiriləcək.
Sərginin təşkilatçıları AR Mədəniyyət Nazirliyi, Fransa Respublikasının Azərbaycandakı səfirliyi, Fransız İnstitutu-Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyası, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS), Azərbaycan Milli İncəsənət Muzeyi, Arceo Service, Azərbaycan Hava Yolları (AZAL), "Azərkosmos" ASC, Hillside Premiumdur.
Açılış mərasimi təşkil olunacaq sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının Azərbaycanın müxtəlif regionlarında (Tovuz, Ağstafa, Lənkəran, Lerik, Naxçıvan) apardığı birgə arxeoloji qazıntılar nəticəsində əldə olunan və neolit, xalkolit, tunc, antik dövrlərə aid dünya arxeologiyası üçün mühüm əhəmiyyətə malik nadir tapıntılar nümayiş etdiriləcək.



Xəbərlər  Tarix:   5 İyul 2019 / 14:16


« Əvvəlki xəbər (5296 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR