“Kurabiye” un məmulatlarının vətəndaşlara surprizi

Bəzən aldığımız hər hansısa qida məmulatından müsbət yararlanmaq kimi bir məqsəd güdsək də bəzən neqativ halla da rastlaşa bilirik.
Hər hansısa bir məclis və ya xoş günümüzü qeyd etmək üçün təşkil etdiyimiz surpriz şirniyyat bəzən həqiqətən də bizi surprizlə qarşılaşdırır.
Belə ki, iyul ayının 5-də əməkdaşımızın ad gününü qeyd etmək məqsədi ilə “Kurabiye” un məmulatlarından alınan tort həqiqətən də bizə surpriz etdi. Tort kəsilərkən şirniyyatın içindən çıxan saç tükü nəinki səbəbkarın, həm də şirniyyat ətrafına yığılan kollektivin də təəssüfünə məruz qaldı.
Səbirsizliklə gözlənilən tort öz surprizi ilə yığıncaqda yığılan şəxslərin əhvalını korladı. Yarana halla bağlı əməkdaşlarımız sözü gedən “Kurabiye” un məmulatları dükanına gedərək oradakı vəziyyətlə bağlı qarşı tərəfin mövqeyini almağa getdilər. Nəticədə oranın həm istehsal ,həm də satış üçün nəzərdə tutulan yer olduğu aşkarlandı.
Dükanın sahibi Natiq adlı şəxs özünü müharibə veteranı və keçmiş hərbi işçisi kimi qələmə verərək heç kəsdən qorxmadığını hara istəyiriksə ora müraciət etməyimizi bildirdi.
Yaranan vəziyyətdən nəticə çıxararaq hörmətli aidiyyatı qurumlara müraciət edirik ki,müzakirəsi gedən durumla bağlı lazımi tədbirlər görsünlər.
Və belə bir sualla həmin şəxsə müraciət etsinlər :” Müharibə veteranı və ya keçmiş sistem işçısı olmaq o deməkdirmi ki, həmin şəxs vətəndaşların sağlamlığına qeyri ciddi yanaşsın?!
Ümid edirik ki, Qida təhlükəsizliyi agentliyi və aidiyyatı qurumlar baş verən halla bağlı lazımi tədbirlər görməyinizi xahiş edirik və biz də Uğurmedia xəbər və yayım informasiya agentliyi öz xəbərlər portalında nəticəni paylaşmaqdan qürür duyacağıq.
Qeyd Qarşı tərəfin hadisə ilə bağlı mövqeyi izləyicilərə təqdim olunacaq
Adı gedən sahibkara lazımi tədbir görülməzsə, cənab prezidentimiz İlham Əliyev cənablarına bu məsələ ilə bağlı müraciət edəcəyik.
Təsisçi və baş redaktor : Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   8 İyul 2019 / 15:39


« Əvvəlki xəbər (5286 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR