“Şəkinin Dünya İrs Siyahısına salınması Azərbaycan-UNESCO əməkdaşlığının gözəl nümunəsidir”

“Azərbaycan zəngin mədəni və təbii irsə malik ölkədir. Burada çoxlu mədəni və qeyri-maddi irs nümunələri var. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin də Ümumdünya İrs Siyahısına daxil edilməsi bunu bir daha göstərir. Azərbaycanın gözəl milli parklarının olması barədə məlumatım var. Yaxın günlərdə dünyada məşhur olan palçıq vulkanlarınızın yerləşdiyi Qobustan ərazisində olacağam. Bilirəm ki, dünyada mövcud olan 2 mindən artıq palçıq vulkanlarından 300-dən çoxu ölkənizdə yerləşir. Bu vulkanlar sizin həm milli, həm də təbii sərvətinizdir”.
Bu sözləri Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının iştirakçısı, Qırğızıstanın UNESKO üzrə Milli Komissiyasının eksperti Aybek Samakov söyləyib.
Ölkəmizdə ilk dəfə olduğunu söyləyən Aybek Samakov xalqımızın qonaqpərvərliyini, mehribanlığını və tədbirin yüksək səviyyədə təşkil olunmasını qeyd edib.



Xəbərlər  Tarix:   9 İyul 2019 / 00:53


« Əvvəlki xəbər (5276 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR